Rusiya Suriyaya tonlarla yardım göndərdi
Bizi izləyin

Dünya

Rusiya Suriyaya tonlarla yardım göndərdi

Yardımlar Rusiyanın “Sparta-1” və “Sparta-2” gəmiləri ilə gətirilib.

Rusiya hökuməti Suriyanın Tartus dəniz limanına 2 nəhəng gəmi ilə humanitar yardım göndərib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, göndərilən 10 ton ərzaq və qida məhsulları terrorçulardan və müxalif qüvvələrdən azad olunan bölgələrə və qaçqın düşərgələrinə çatdırılacaq.

Rusiya ordusunun nəzarətində olan Tartus limanının komandanı Aleksandr Yakovlev deyib ki, bu, gəmi ilə indiyədək Suriyaya göndərilən ən böyük humanitar yardımdır: “Humanitar yardım yükünə daha çox un, şəkər tozu, hazır konserv yeməklər və sairə məhsullar daxildir. Yardımlar Rusiyanın “Sparta-1” və “Sparta-2” gəmiləri ilə gətirilib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm