“Soyuq müharibə” dozasını artırır: Moskvadan Ankaraya TƏHDİD
Bizi izləyin

Dünya

“Soyuq müharibə” dozasını artırır: Moskvadan Ankaraya TƏHDİD

Moskvadan Türkiyəyə təhdid kimi bir açıqlama gəlib.

Moskvadan Türkiyəyə təhdid kimi bir açıqlama gəlib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, ölkənin nəqliyyat naziri Maksim Sokolov Türkiyəyə çarter uçuşların dayandırılmasının hələ də qüvvədə olan bir ehtimal olduğunu söyləyib.

“Mövqeyimiz dəyişməyib. Federal Hava Nəqliyyatı Agentliyi bir xəbərdarlıq edib. Verə biləcəyimiz başqa bir məlumat yoxdur”, - deyə nazir deyib.

Xatırladaq ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) aprelin 10-da ölkənin aviaşirkətlərinə məktub göndərərək Türkiyəyə çarter reyslərinin dayandırılmasının mümkünlüyü haqqında xəbərdarlıq edib.

“Rosaviasiya”nın başçısının müavini Oleq Klimin imzası ilə göndərilən məktubda qeyd edilib ki, federal agentlik Türkiyədə mürəkkəb daxili siyasi vəziyyətlə əlaqədar belə ölçülərə baxır. Məktubda aviaşirkətlər ölkəyə çarter proqramlarının planlaşdırılması zamanı bu faktı nəzərə almağa çağırılır.

Turizm biznezinin nümayəndələri qeyd edirlər ki, belə ölçülər adi səyahətçilərlə yanaşı, turoperatorlar və agentlikləri də mənfi nəticələrlə hədələyir. Ekspertlərin qiymətləndirmələrinə görə, hazırda turbiletlərin ən azı 30 faizinin satışı bu istiqamət üzrədir.

“Kommersant” qəzetinin yazdığına görə, “Rosaviasiya”nın xəbərdarlığı ABŞ-ın aprelin 7-də Suriya ordusuna aid bazanı vurmasından sonra Rusiya-Türkiyə əlaqələrinin gərginləşməsinin nəticəsidir.

Qeyd edək ki, Türkiyəyə qeyri-müntəzəm reyslərə qadağa 2015-ci ilin noyabrında Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra dayandırılmışdı. Bu məhdudiyyət 2016-cı ilin avqustunda aradan qaldırılıb. Rusiyadan Türkiyəyə ilk çarter reysi isə sentyabrda həyata keçirilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə Rusiyadan çarter reysləri ilə bağlı hansısa problemin olmadığını bildirib.

Son vaxtlar Türkiyə və Rusiya arasında Suriya məsələsi ilə əlaqədar yenidən gərginlik yaranıb. Rusiya və Türkiyə arasında ticarət müharibəsində münasibətlər yenidən müəyyənləşir. Gərginliyin növbəti dalğası martın ortalarında - Ankaranın Moskvanı Rusiya eksportlarının çatdırılması üzrə güzəştlərdən məhrum etdikdən sonra başlanıb. Nəticədə buğda və qarğıdalı üçün rüsumlar 130 faiz, düyü üçün isə 45 faiz olub. Qərar 2016-cı ilin yanvarından Rusiya bazarına girişi bağlanan türk kənd təsərrüfatı istehsalçılarının təzyiqi altında qəbul edilmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Suriyaya raket zərbələri endirməsindən sonra Ankaranın Vaşinqtonu dəstəkləməsi Moskva-Ankara xəttində gərginliyi daha da artırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm