• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

İranlı spiker İsraillə saziş bağlayan QONŞU ÖLKƏLƏRİ HƏDƏLƏDİ

  • Dünya
  • 20 Aprel 2017 17:00
  • 1 030 Baxış
İranlı spiker İsraillə saziş bağlayan QONŞU ÖLKƏLƏRİ HƏDƏLƏDİ

“Bəzi İslam və müsəlman ölkələri müsəlman əhalinin üzərinə kaset bombaları yağdıran sionist İsrail rejimi və ABŞ-la əməkdaşlıq sazişləri imzalayır. Bütün bunlar utancvericidir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri İran parlamentinin sədri Əli Laricani bu gün Tehranda keçirilən 34-cü Beynəlxalq Quran müsabiqəsinin açılış mərasimində çıxışı zamanı bildirib.

Spiker konkret ad çəkmədən deyib ki, İranla qonşuluqda yerləşən bəzi müsəlman ölkələri regionda yaşayan müsəlmanların həyatına ciddi təhlükə yaradır, İsrailin sionist rejiminə yardım göstərir, ABŞ-la müttəfiqlik edir:

“Qərb dövlətləri bəzi ərəb ölkələrinin terror qruplarının fəaliyyətinə dəstək verməsi amilindən sui-istifadə edir. Müsəlman ölkələri arasında yaranan ixtilaflar, böhran və toqquşmalar isə bütövlükdə müsəlman birliyinin pozulmasına səbəb olur”.

Əli Laricani Yaxın Şərq ölkələrində mövcud olan münaqişələrin və müharibələrin Qərb tərəfindən bilərəkdən yaradıldığını söyləyib:

“Qərb dövlətləri istədikləri yerdə istədikləri terrorçuları yerləşdirib, sonra da onunla mübarizə aparmaq adı ilə həmin ölkələri işğal edirlər. Çox təəssüf ki, Qərbin bu planları yalnız müsəlmanlar yaşayan ərazilərdə həyata keçirilir”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR