Almaniyada məscidə hücum etdilər – FOTOLAR
Bizi izləyin

Dünya

Almaniyada məscidə hücum etdilər – FOTOLAR

Almaniyanın Leipzig şəhərində yerləşən Əyyub Sultan məscidinə hücum edilib.

Almaniyanın Leipzig şəhərində yerləşən Əyyub Sultan məscidinə hücum edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı məscidin giriş qara boya ilə boyanıb, divarlarına isə nəlayiq ifadələr yazılıb.

Hücumun gecə saatlarında edildiyi müəyyən edilib. Müsəlman məscidinə qarşı edilən bu cür hücumlar Almaniyada yaşayan müsəlmanların ciddi etirazına səbəb olub.

Xatırladaq ki, son bir ildə Avropada 137 müsəlman məscidinə hücum olunub. Bunlardan 60-ı Fransada, 54-ü Almaniyada, 21-i İsveçdə, 2-si isə İsveçrədə baş verib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm