Rusiyalılar Leninin basdırılmasını dəstəkləyir - SORĞU
Bizi izləyin

Dünya

Rusiyalılar Leninin basdırılmasını dəstəkləyir - SORĞU

Sorğuda yaşı 18-dən yuxarı olan 1600 respondent iştirak edib.

Rusiya vətəndaşlarının 81 faizi keçmiş SSRİ-nin banisi Vladimir Leninin bədəninin dəfn edilməsini dəstəkləyir.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Superjob” tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticələrində deyilir.

Sorğuda yaşı 18-dən yuxarı olan 1600 respondent iştirak edib. Məlum olub ki, Leninin basdırılmasını istəyənlər arasında qadınlar daha çoxdur. Rəyi soruşulan qadınların 86 faizi Leninin basdırılması dəstəkləyir. Kişilərdə isə bu göstərici 77 faizdir.

Bundan başqa, Leninin bədəninin basdırılması ideyasını dəstəkləyənlər arasında 25-34 yaş arasında olan rusiyalılar daha çoxdur.

Leninin basdırılmasının rəqibləri arasında yaşı 45-dən yuxarı olanlar üstünlük təşkil edir.

“Əgər biz bunu edəcəyiksə, sabah heç kəs bizim tariximizi xatırlamayacaq”, - həmin respondentlərdən biri qeyd edib.

Qeyd edək ki, daha əvvəl “Vahid Rusiya” və Liberal Demokrat Partiyasının nümayəndələri Rusiya Dövlət Dumasına Vladimir Leninin bədəninin basdırılması üçün hüquq mexanizmini nəzərdə tutan qanun layihəsini daxil ediblər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm