ABŞ təlaş içində - Səfirliyin mühafizəsi gücləndirildi
Bizi izləyin

Dünya

ABŞ təlaş içində - Səfirliyin mühafizəsi gücləndirildi

ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib.

ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib.

Publika.az xəbər verir ki, hazırda “Yelisey çölləri” prospektində yerləşən səfirliyin əsas girişinin qarşısında polislərlə dolu 4 mikroavtobus durub, diplomatik nümayəndəliyin mühafizəçilərinə isə avtomat silahlar verilib.

Qeyd edək ki, bundan əvvəl iki polisin ölməsi, daha birinin yaralanması ilə nəticələnən atışmanın baş verdiyi ərazidə ictimai yerlərdən sakinlərin təxliyəsi davam etdirilir.

Atəş açanlardan biri məhv edilib, digəri isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm