ABŞ kəşfiyyatına NÖVBƏTİ ZƏRBƏ
Bizi izləyin

Dünya

ABŞ kəşfiyyatına NÖVBƏTİ ZƏRBƏ

“Ağlayan mələk” adlanır.

“WikiLeaks” saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid olan “Vault 7” məxfi sənədlər paketinin yeni hissəsini dərc edib.

Publika.az xəbər verir ki, məxfi sənədlərin yeni hissəsi “Ağlayan mələk” adlanır.

HIVE (“Arı pətəyi”) kimi göstərilmiş əvvəlki hissə aprelin 14-də elan edilmişdi. Martın 31-də dərc edilən “Marble” (“Mərmər”) adlandırılan hissədə 676 fayl var idi.

“Dark Matter” (“Tünd materiya”) kimi göstərilmiş MKİ-nin sənədlərinin əvvəlki hissəsi martın 23-də dərc olunub. Bu hissə əsasən Apple şirkətinin cihazlarına, xüsusən də Mac və iPhone smartfonlarına qanunsuz daxilolmalardan bəhs edir. Sənədlərdə qeyd edilir ki, MKİ Apple cihazlarında “kök atmaq” üçün eyni zaman bir neçə alətdən istifadə edirmiş. Buraya həmçinin “əməliyyat sisteminin sındırılmasına yönəlmiş EFI/UEFI imkanları və utilitləri” də daxildir.

“WikiLeaks” MKİ-nin məxfi sənədlər paketinin birinci hissəsini isə martın 7-də (8,7 min sənəd) dərc edib.

Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və “Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu “Facebook” üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb. Məlumata görə, “Samsung” markalı “smart” televizorlar izlənmə üçün ən yaxşı vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik olaraq CİA-nın mərkəzinə ötürülür.

MKİ-nin haker proqramlarının hazırlamasında Britaniyanın əks-kəşfiyyat xidməti (Mİ5) ilə əməkdaşlıq etdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm