Əsəddən Türkiyə və ABŞ-a AĞIR SÖZLƏR: “Onlar hər şeyi edəcəklər ki...”
Bizi izləyin

Dünya

Əsəddən Türkiyə və ABŞ-a AĞIR SÖZLƏR: “Onlar hər şeyi edəcəklər ki...”

Hər şey ola bilər.

Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsində Türkiyə və ABŞ əleyhinə ağır ittihamlar səsləndirib.

Publika.az xəbər verir ki, Əsəd terrorçuların hərəkətləri ilə ölkə ərazisinə Türkiyə və ABŞ-ın müdaxiləsi arasında fərq görmədiyini bildirib.

Əsəd vurğulayıb ki, Türkiyə və Amerika hərbçiləri özləri ölkədən gedəndən, yaxud da çıxarılandan sonra Suriya ordusu terrorçuları məhv edəcək. Prezident həmçinin əminliyini ifadə edib ki, Vaşinqton ölkədə kukla rejimini qurmaq məqsədilə Suriya hökumətinin devirilməsi üçün mümkün olan hər şey edəcək.

“Onlar hər şeyi edəcəklər ki, hədəflərinə çatsın. Nə dəyər, nə də əxlaq var. Hər şey ola bilər”, - deyə Əsəd bildirib.

Suriya prezidentinin sözlərinə görə, İŞİD, “Ən-Nüsra” Cəbhəsi, Türkiyə, ABŞ, Britaniya, Fransa və Səudiyyə Ərəbistanı Suriyada “bir xor” kimi hərəkət edirlər.

O, həmçinin Suriya terrorçularının kimyəvi silahı Türkiyədən aldığını iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm