Ankaradan Avropanı titrədəcək SÖZLƏR: “Biz xilas etməsəydik..”
Bizi izləyin

Dünya

Ankaradan Avropanı titrədəcək SÖZLƏR: “Biz xilas etməsəydik..”

Avropa İttifaqını parçalaya bilər.

“Türkiyə Avropaya vizanın sadələşdirilməsi ilə bağlı üzərinə düşən hər şeyi edib. Biz sənədləri hazırladıq və may ayında verəcəyik. Qəbul etməsələr özləri bilər”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin Avropa İttifaqı naziri və baş müzakirəçi Ömər Çelik qatıldığı bir televiziya proqramında deyib.

Nazir bildirb ki, Brüsselin şərtlərindən biri olan terrorla mübarizə qanununda dəyişikliklərin edilməsi mümkün deyil: “Bu qanunda dəyişikliklər edə bilmərik. Bu, bizim təhlükəsizliyimiz üçün əhəmiyyətlidir. Əgər təkliflərimiz qəbul edilməsə, Egey dənizindəki öhdəliklərimizi (miqrant razılaşması – red.) yerinə yetirməyəcəyik”

“Biz miqrantlara qucaq açaraq Avropanı xilas etdik. Bu razılaşmanı imzalamasaydıq və miqrantlar Avropaya getsəydilər, bundan ifrat sağçı və irqçi partiyalar istifadə edəcəkdilər. Avropanın demokratiyası zərər görəcək, siyasəti dəyişəcəkdi”, - deyə türkiyəli məmur əlavə edib.

Qeyd edək ki, miqrant razılaşmasına görə, Suriyadan Avropaya getmək istəyən miqrantlar Türkiyədə düşərgələrə yerləşdirilir. Avropa İttifaqı buna görə Türkiyəyə maliyyə yardımı ayırmalı, eyni zamanda Türkiyə vətəndaşlarına vizaların verilməsi prosesini sadələşdirməli idi. Lakin indiyə qədər bu öhdəliklər yerinə yetirilməyib.

Siyasi müşahidəçilər hesab edirlər ki, Türkiyə miqrantları öz ölkəsində yerləşdirməkdən imtina etsə, bu, Avropa üçün böyük fəlakətə səbəb ola bilər. Hətta qeyd edilir ki, miqrant böhranı Avropa İttifaqını parçalaya bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm