Meşədə yanğın - Minə yaxın insan təxliyə edildi
Bizi izləyin

Dünya

Meşədə yanğın - Minə yaxın insan təxliyə edildi

Alovla 500 yanğınsöndürən və 10 xüsusi təyyarə mübarizə aparır.

ABŞ-ın Florida ştatında meşə yanğınları səbəbindən minə yaxın insan təxliyə olunub.

“Report” xəbər verir ki, yanğın ocaqları ştatın bütün ərazisində olan meşə massivlərində müşahidə edilir.

Hazırda 1,9 min hektar ərazi yanır. Ştat hökumətinin məlumatına görə, ümumilikdə 7 min evin sakini köçürülüb.

Alovla 500 yanğınsöndürən və 10 xüsusi təyyarə mübarizə aparır. Fərziyyələrdən biri yandırılmadır. Həmin şəxsin tutulması və ya barəsində məlumata görə 5 min dollar mükafat təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm