Zəhərli iynələrin vaxtı keçir deyə, 8 nəfərin edamı tezləşdirildi - ABŞ-da DƏHŞƏT - - VİDEO
Bizi izləyin

Dünya

Zəhərli iynələrin vaxtı keçir deyə, 8 nəfərin edamı tezləşdirildi - ABŞ-da DƏHŞƏT - - VİDEO

Arkanzas ştatında edam cəzası alan dustaq zəhərli iynələrin son istifadə tarixi yaxınlaşdığöı üçün təcili edam edilib.

ABŞ-ın Arkanzas ştatında edam cəzası alan dustaq zəhərli iynələrin son istifadə tarixi yaxınlaşdığöı üçün təcili edam edilib.

Publika.az xəbər verir ki, Arkanzas ştatında bu həftə eyni səbəblə daha 7 nəfər edam ediləcək.

İlk edam edilən şəxs 20 ildir həbsdə yatan 51 yaşlı Ledell Li olub. Amerika mediasında yer alan xəbərlərə görə, Li Arkanzasda 2005-ci ildən bu yana edam edilən ilk məhkum olub.

Beynəlxalq Amnistiya Təşkilatı məsələ ilə bağlı bəyanat verərək, tətbiq olunan ölüm cəzasının Arkanzas ştatı üçün bir utanc olduğunu bildirib. Bəyanatda deyilir ki, məhz iynələrin istifadə müddəti bitəcək deyə, edam cəzalarının tezləşdirilməsi qanun pozuntusudur. Eyni açıqlamada edam cəzası tətbiq olunan məhkum Linin günahsız olduğuna və bu səbəblə DNT testi tələb edildiyinə də diqqət çəkilib.

1993-ci ildə Debra Reese adlı bir qadını öldürməklə günahlandıran Li günahsız olduğunu və DNT testi keçirilsə, günahsızlığını sübut edəcəyini iddia edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm