Rus təyyarəsi kəndə vakum bombası atdı: 7 dinc sakin öldü - BİRİ KÖRPƏDİR
Bizi izləyin

Dünya

Rus təyyarəsi kəndə vakum bombası atdı: 7 dinc sakin öldü - BİRİ KÖRPƏDİR

Cisr Eş-Şuğur kəndinə vakum bombasının atılması nəticəsində 7 mülki vətəndaş həyatını itirdi.

Suriyanın şimalında yerləşən İdlib vilayətinin Cisr Eş-Şuğur kəndinə vakum bombasının atılması nəticəsində 7 mülki vətəndaş həyatını itirdi.

Publika.az xəbər verir ki, İdlib Mülki Müdafiə Xidmətinin nümayəndəsi Mustafa əl-Əhməd bildirib ki, rus təyyarəsinin atdığı bomba nəticəsində ölənlərdən biri uşaqdır.

O, çox sayda evin yerlə bir olduğunu, yaralanan mülki şəxslərin ətrafdakı səhra hospitallarına yerləşdirildiyini söyləyib.

Hadisə yerində dağıntılar altında qalanların olduğu da ehtimal edilir. Xilasetmə işləri davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm