Fransada prezident seçkiləri: Le Pen və Makron ikinci mərhələdə (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Fransada prezident seçkiləri: Le Pen və Makron ikinci mərhələdə (YENİLƏNDİ)

Fransada keçirilən prezident seçkilərin ilkin nəticələri açıqlanıb.

Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, ilkin nəticələrə əsasən, sabiq iqtisadiyyat naziri Emmanuel Makron 23, 7 % səs , Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21,7% səs toplayıb.

Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb.

Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək. (apa)

***

Fransa prezidentliyinə namizəd Marin Le Pen seçkilərin birinci turunda önə çıxıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin ilk açıqlamasında bildirilir.

İlkin hesablamalara əsasən, "Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 24,15 % səs toplayıb. Onun əsas rəqibi sabiq iqtisadiyyat naziri Emmanuel Makron ikinci yerdədir (21,43%). Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,34 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon 17,96 faiz səslə dördüncü yerdə qərarlaşıb.

***

Fransada keçirilən prezident seçkilərin ilkin nəticələri açıqlanıb.

Prezidentliyə namizəd, sol hərəkatın lideri Jan-Luk Melanşon Fransanın üç dənizaşırı ərazilərdə - Sen-Pyer və Mikelon, Martinik və Qvianada hamıdan çox səs toplayıb.

Qeyd edək ki, Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 66,5 min seçki məntəqəsi faliyyət göstərir.

Seçki məntəqələri saat 19:00-20.00-da bağlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm