• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Trampdan "hamı yerli mal alsın, xeyir vətənə qalsın" kampaniyası

Trampdan "hamı yerli mal alsın, xeyir vətənə qalsın" kampaniyası

ABŞ prezidenti Donald Tramp çoxdandan bəri vəd etdiyi fərmanı imzalayıb.

Fərman ABŞ-da "Amerikan malını al, amerikan işçini tut" kimi tanınır. Sənəd ABŞ-ın milli sənaye və əmək qüvvəsinin xarici faktorlardan asılılığını azaltmağa yönəlib.

Prezidentin sözlərinə görə, bu fərman ABŞ istehaslı olan malların daha çox istifadə edilməsinin və iş yerlərinə mümkün qədər milli kadrların cəlb olunmasının müdafiəsinə yönəlib.

"Biz bu böyük yenidənqurmanı həyata keçirən zaman iki sadə qaydaya əsaslanacağıq - "amerikan malını al, amerikalını işə götür", - Tramp bu sözləri Viskonsin ştatının Kenoşa şəhərində bir istehsalat zavodunu ziyarəti zamanı fəhlələrlə söhbətində deyib.

Publika.az musavat.com-a istinadən xəbər verir ki, Trampın bu fərmanı ən çox ABŞ-a iş ümidi ilə üz tutan miqrantları vuracaq. Belə ki, fərmanla xarici vətəndaşlara H-1B iş vizalarının verilməsi qaydalarına yenidən gözdən keçiriləcək.

Sənəd vizaların verilməsi zamanı qayda pozuntusuna görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur. Prezidentin düşüncəsinə görə, bu qərar ABŞ işçilərini yüksək maaşla təmin olunmasına və işsizliyin azaldılmasına yardım edəcək.

Əvvəllər isə H-1B proqramı xarici vətəndaşlara iş vizalarının lotereya qaydasında sadələşdirilmiş proseduralarla verilməsini nəzərdə tuturdu. Bu da iş sahiblərinə, xüsusilə yüksək texnologiya şirkətlərinə daha ucuz işçi qüvvəsi ilə təmin olunmağa imkan verirdi.

Fərmanın ikinci hissəsində isə federal müəssisələrə ümumdövlət proqramlarının realizasiyası zamanı istisnasız yalnız ABŞ şirkətlərinin məhsullarından istifadə etmələri barədə tələblər yer alıb. Yəni hökumət orqanları bundan sonra dövlət üçün ehtiyaclarını yalnız milli istehsalın məhsulları ilə təmin edə bilərlər.

Həmçinin ABŞ iqtisadiyyatı və ticarətinə nəzarət edən orqanlara xarici ölkələrin ABŞ-la ticarətində ədalətsiz üstünlüklərinə (daha ucuz məhsul və xidmətlərin təklif edilməsi ilə bağlı-red.) gətirib çıxaran sazişlərin diqqətlə incələnməsi və tədqiq edilməsi tapşırılıb.

Mütəxəssislər Trampın bu addımını ABŞ-ın xarici ticarətində yaranan rekord defisitlə izah edirlər. Belə ki, 2016-cı ildə ABŞ-da idxalat 2 trilyon dollar təşkil etdiyi halda, ixracat, sadəcə, 1,5 trilyon dollar səviyyəsində qalıb. Müqayisə üçün qeyd olunur ki, Çin ticarət dövriyyəsində 200 milyard dollardan çox müsbət balansa malikdir.

Tramp administrasiyasının nümayndələri prezidentin bu fərmanını tarixi addım olduğunu qeyd edirlər.

Lakin bir çox ekspertlər və siyasətçilər eyni mövqeni bölüşmürlər.

"Bu bizə heç nə verməyəcək. Heç bir iş yeri də yaradılan deyil", - demokrat senator Çarlz Şumer The New York Times qəzetin verdiyi müsahibədə bildirib.

Nümayəndələr palatasının üzvü Zoi Lefqren yeni fərmanın ABŞ-a yüksək ixtisaslı işçilərin gəlməsini qarşısını ala biləcəyindən ehtiyat etdiyini dilə gətirib. O, ölkədəki bir çox texnoloji yeniliklərin və biznes layihələrinin məhz xaricdən gələn insanlar sayəsində qurulduğunu söyləyib.

İllinoys ştatının professoru Lourens Ofiser isə hökumət orqanlarının xarici malları almasın səbəbi altında haqlı səbəblərin olduğunu bildirib. Onun fikrincə, amerikan malları həm bahalı və bir çox hallarda aşağı keyfiyyətli olur. Hökumət alımlarını milli istehsalata yönəltməyin əziyyəti isə birbaşa vergiödəyicilərinin çiyninə düşəcək.

"Bundan başqa, digər ölkələr də cavab tədbiri olaraq ABŞ istehsalı olan mallara eyni məhdudiyyətlə tətbiq edə bilərlər", - ekspertlər bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR