Dünya
Azərbaycan Almaniyanı qabaqladı - Təhlükəsizlik reytinqində
Azərbaycan ölkəyə baş çəkən turistlərin təhlükəsizliyi reytinqində Almaniyanı keçib.
Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə alman nəşri "Direkt" yazıb.
Reytinq Ümumdünya İqtisadi Forumu tərəfindən tərtib edilir və
orada polisin etibarlılığı, cinayətlərin sayı və terror aktları
ehtimalı nəzərə alınır.
İnformasiyaya əsasən, 2015-ci ilin reytinqində Almaniya 20-ci yerdə
olub, bu il isə 31 pillə geriləyərək 51-ci yerdə qərarlaşıb.
Azərbaycandan başqa Rumıniya, Mərakeş və Bəhreyn də reytinqdə Almaniyanı keçiblər.
Turistlərin təhlükəsizliyi sahəsində Finlandiya liderlik edir. İkinci yerdə Birləşmiş Ərəb Əmirlikləri, üçüncüdə İslandiyadır.
İlk onluqda, həmçinin Oman, Honkonq, Sinqapur, Norveç, İsveçrə və Qətər yer alıblar.
Nəşr qeyd edir ki, yalnız Almaniya deyil, başqa aparıcı Avropa ölkələri də turistlər üçün təhlükəsizlik reytinqində liderlik mövqelərini itiriblər: Fransa 67-ci, İtaliya - 70-ci , Böyük Britaniya isə 78-ci yerdə qərarlaşıblar.
Nigeriya, Pakistan, Salvador, Yəmən və Kolumbiya turistlər üçün ən pis ölkələr hesab olunub.
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI