Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı
Bizi izləyin

Dünya

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ölən ATƏT əməkdaşının vətəndaşlığı məlum olub.

Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ölən ATƏT əməkdaşının vətəndaşlığı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın deputatı Anton Qeraşşenko bildirib.

“ATƏT avtomobilinin minaya düşməsi nəticəsində ölən şəxs Böyük Britaniya vətəndaşı Cozef Stoundur. Partlayış zamanı həmçinin Almaniya vətəndaşı İva Qnelin kontuziya alıb. O, Luqansk şəhər xəstəxanasına yerləşdirilib", deyə A.Qeraşşenko bildirib.

Xatırladaq ki, hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə ATƏT əməkdaşlarından biri ölüb, biri yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm