Ərdoğan onu öldürməyə çağıran fransızdan prokurorluğa şikayət etdi
Bizi izləyin

Dünya

Ərdoğan onu öldürməyə çağıran fransızdan prokurorluğa şikayət etdi

Defarq fikrini düzgün ifadə etmədiyini bildirərək sonradan rəsmi şəkildə üzr istəyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun barəsində qalmaqallı fikirlər işlədən fransız politoloqu Filip Moro Defarqdan Ankaran prokurorluğuna şikayət edib.

Publika.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi bildirib.

Filip Moro Defarqdan “BFM Business” telekanalının efirində deyib ki, Türkiyədə Konstitusiyaya dəyişikliklər üzrə keçirilən referendumun nəticələrini nəzərə alanda, iki yol qalır: Ya vətəndaş müharibəsi başladılmalı, ya da Ərdoğan öldürülməlidir.

“Anadolu” agentliyinin yazdığına görə, Türkiyənin Cinayət Məcəlləsinin 310-cu maddəsinə əsasən fransız politoloqun sözləri prezidentə sui-qəsd çağırışı kimi qiymətləndirmək olar. Şikayət məktubunda vurğulanıb ki, fransız politoqunun sözləri söz azadlığı çərçivəsindən kənara çıxır.

Həmçinin bildirilir ki, onun Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrini aydınlaşdırmaq lazımdır.

Xatırladaq ki, Defarq fikrini düzgün ifadə etmədiyini bildirərək sonradan rəsmi şəkildə üzr istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm