Dünya
Moskva geri çəkildi: “Suriyada kimyəvi silah...”
Moskva Suriyanın İdlib vilayətinin Xan-Şeyxun şəhərində kimyəvi silahın tətbiq edildiyini istisna etmir.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin silahların yayılmaması və nəzarət departamentinin direktoru Mixail Ulyanov bildirib.
“Kimyəvi silahın tətbiqi tamamilə ehtimal ediləndir. Əsas məsələ odur ki, kimyəsi silahı hadisə yerinə kim və necə çatdırıb”, - Ulyanov deyib.
Qeyd edək ki, Suriyanın Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb. BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatına görə, hücum nəticəsində 27 uşaq ölüb.
ABŞ, Avropa ölkələri, Türkiyə və bir sıra ərəb ölkələri kimyəvi hücuma görə Bəşər Əsəd rejimini ittiham edir. Rəsmi Dəməşq isə ittihamları qəbul etmir və müxalifət güclərini kimyəvi silahın tətbiqində günahlandırır. Suriyanın əsas himayəçisi olan Rusiya da ittihamlarla razılaşmır və hadisənin araşdırlmasını istəyir.
Aprelin 20-də Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib. Təşkilatın bəyanatını şərh edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib ki, bu, Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğu barədə bəyanatı Suriya rejimini dəyişmək cəhdidir.
Ömər Dağlı
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub