Lavrov: “Çeçenistanda homoseksualları müdafiə edəcəyik”
Bizi izləyin

Dünya

Lavrov: “Çeçenistanda homoseksualları müdafiə edəcəyik”

​​​​​​​“Hüquqlarının pozulması faktları ortaya çıxarsa"

“Hüquqlarının pozulması faktları ortaya çıxarsa, Çeçenistanda homeseksualların hüquqlarını müdafiə edəcək”.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə danışıqların nəticəsinə görə keçirdiyi mətbuat konfransında deyib.

Lavrov Avropa İttifaqını Çeçenistan Respublikasında homoseksualların sıxışdırılması barədə ittihamlar səsləndirmədən əvvəl faktlara söykənməyə çağırıb. O vurğulayıb ki, insanların istənilən hüquqlarının pozulması Rusiyanı narahat edir.

“Əsas odur ki, istənilən informasiya faktlarla təsdiq edilsin və siyasi hədəflər üçün istifadə olunmasın. Avropa ölkələrində hansısa daxili siyasi hədəf üçün Rusiya amilindən istifadə etmək dəbə minib”, - Rusiya xarici siyasət idarəsinin başçısı bildirib.

Öz növbəsində, Moqerini bildirib ki, Rusiya tərəfinə öz vətəndaşlarının müdafiəsinin ehtiyacı haqqında siqnal verib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Çeçenistan prezidenti Ramzan Kadırov qeyri-ənənəvi seksual orientasiyanın nümayəndələrinin təqib olunması barədə məlumatların böhtan olduğunu bəyan edib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin Ramzan Kadırova inanmamağa haqqı yoxdur.

Son vaxtlar Rusiya mediasında homoseksual olmaqda şübhəli bilinən Çeçenistan sakinlərinin kütləvi həbsi barədə məlumatlar yer alıb. Qəzetlər yüzədək insanın saxlandığını, üç nəfərin öldürüldüyünü, hətta qurbanların sayının daha çox olduğunu, onların mediadan gizlədildiyini yazıb.

Çeçenistan başçısının mətbuat katibi Alvi Kərimov deyib ki, Çeçenistanda homoseksual yoxdur. Çeçenistanın İnsan Hüquqları Şurasının üzvü Xeda Saratova isə bildirib ki, onlar homoseksualların saxlanılması və öldürülməsi ilə bağlı şikayətlərə görə cavabdeh deyillər.

Rusiya prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü İqor Kalyapin deyib ki, ona bir neçə dəfə qeyri-ənənəvi seksual oriyentasiyalı şəxslər müraciət edərək sığınacaq almaq üçün kömək istəyiblər: "Çünki Çeçenistanda onları ölümcül təhlükə gözləyir".

Onun sözlərinə görə, Çeçenistanda LGBT hüququ barədə danışmaq qəbuledilməzdir: "Əgər sən homoseksual olduğunu etiraf edirsənsə, bu, ölümcül təhlükəli ola bilər. Bunu, istənilən çeçen təsdiqləyə bilər. Onlar ümumiyyətlə belə adamlara son dərəcə dözümsüz yanaşırlar və hesab edirlər ki, geyləri öldürmək lazımdır, çünki onlar ənənəvi cinsləri rüsvay edirlər".

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm