Gürcüstan prezidentinin qayını həbs olundu
Bizi izləyin

Dünya

Gürcüstan prezidentinin qayını həbs olundu

Qanunsuz silah gəzdirdiyi üçün həbs olunub.

Gürcüstan Prezdenti Georgi Marqvelaşvilinin qaynı, ölkənin birinci xanımı Maki Çiçuanın qardaşı Mixail Mqaloblişivili 4 il azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, Mixail Mqaloblişivili qanunsuz silah gəzdirdiyi üçün həbs olunub.

O, əvvəllər 3 dəfə, o cümlədən qrup halında qətlə cəhddə iştirak etdiyi üçün mühakimə edilib. Prezident Georgi Maqrvelaşvili 2015-ci ildə qaynını əfv edib.

Mixail Mqaloblişivili ilk dəfə 2008-ci ildə narkotik vasitədən istifadə və polisə müqavimət göstərdiyinə görə həbs edilib. O, buna görə iki il müddətinə azadlıqdan məhrum edilib və 9 ay cəza çəkdikdən sonra amnistiya nəticəsində azadlığa buraxılıb. 2009-cu ildə isə yenidən narkotikdən istifadə etdiyi üçün tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm