• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

ABŞ İranı dağıtmaq üçün 20 bomba hazırladı - Yalvarsa da, İsrailə vermir

  • Dünya
  • 25 Aprel 2017 14:30
  • 2 486 Baxış
ABŞ İranı dağıtmaq üçün 20 bomba hazırladı - Yalvarsa da, İsrailə vermir

Aprelin 13-də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən ilk dəfə döyüş şəraitində “bütün bombaların anası”nın tətbiqi Amerika və Rusiya arasında qızğın silahlanma tempini daha da sürətləndirdi.

Qeyri-nüvə vasitəsi hesab edilən GBU-43/B ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) arsenalında olan ən güclü aviasiya döyüş sursatı hesab edilir. İŞİD döyüşçülərinə qarşı tətbiq olunan “bombaların anası”nın 60 metrə qədər dərinlikdə yerləşən yeraltı qurğuları məhv etməsi onun fərqləndirici xüsusiyyətlərindən biri sayılır.

Növbəti gün Amerika ilk dəfə Mosulda İŞİD döyüşçüləri ilə mübarizə üçün “Boz qartal” pilotsuz təyyarəsinin uçuşunu elan etdi.

Rusiya Əfqanıstana GBU-43/B bombasının atılmasından dərhal sonra ondan dörd dəfə böyük dağıdıcı gücə malik olan bombaya malik olduğunu bildirdi. Bu, Rusiyanın 2007-ci ildə təkmilləşdirdiyi vakum bombası olan FOAB-dur. Onu isə “bütün bombaların atası" adlandırırlar.

Buna cavab olaraq Vaşinqton daha güclü bombanın mövcudluğu haqqında yeni bəyanat verdi.

Analitiklər iddia edirlər ki, ABŞ-ın arsenalında Əfqanıstana atılan bombalardan daha güclü bombalar var. Onlardan biri yeraltı bunkerlər əleyhinə olan MOP (Massive Ordnance Penetrator) bombasıdır. Bu bomba dağıntıları ağırlaşdıraraq yeraltı zəlzələyə səbəb olur. İsrail indiyə kimi bu bombanı almaq istəyir. Ancaq Vaşinqton hətta bu məsələni müzakirə etməkdən belə qətiyyətlə imtina edib. Vaşinqtondan bildirilib ki, bomba ABŞ ordusu üçün xüsusi silah kimi hazırlanıb və ona yalnız ABŞ malik ola bilər.

Sözügedən bombadan hələ istifadə edilməyib. Onun ümumi çəkisi təxminən 13,6 ton, döyüş başlığının çəkisi isə 2,7 tondur. Diametri 1, uzunluğu isə 6 metrdir. Bomba yerin 60 metrə qədər dərinliyinə hərəkət edəndən sonra partlayır. Bütün naviqasiya peyk vasitəsilə həyata keçirilir. Bomba “Boeing” şirkəti tərəfindən istehsal edilib və cəmi 20 ədəd buraxılıb. 2012-ci ildə silahlandırılmaya qəbul edilən bombaların birinin dəyəri 14 milyon dollar təşkil edir.

Hərbi analitiklərin fikrincə, Vaşinqton ən təhlükəli qeyri-nüvə bombasını 2008-ci ildə hazırlamağa başlayıb. Bunkerlər də daxil olmaqla yeraltı tikintilərin, həmçinin kimyəvi, bioloji və nüvə maddələrinin saxlanıldığı anbarların məhv edilməsi bu bombaların əsas missiyasıdır. Bomba yalnız hədəfi vurmur, həm də yeraltı tikintilərdə 100 metr radiusda dağıdıcı effektini göstərir. İran və Şimali Koreya tərəfindən ballistik raketlərin işə salınması haqqında təhlükələrdən sonra bu bomba haqqında söhbətlər yenilənib. Amerikada hesab edilir ki, yeni bombanın yaradılmasında məqsəd İranın və Şimali Koreyanın hərəkətlərinin qarşısının alınmasıdır.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR