“Türkiyəyə qarşı...!” – Terror təşkilatından ÇAĞIRIŞ
Bizi izləyin

Dünya

“Türkiyəyə qarşı...!” – Terror təşkilatından ÇAĞIRIŞ

PYD-nin həmsədri Saleh Müslim koalisiya güclərini köməyə çağırıb.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı keçirməsi təşkilatın Suriya qanadı olan PYD-də şok effekti yaradıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PYD-nin həmsədri Saleh Müslim koalisiya güclərini köməyə çağırıb.

“Terrorla mübarizə aparan bir xalq kürəyindən bıçaqlanır. Koalisiya gücləri səssiz qalmamalıdır. Kimsə bu hücumları qəbul edə bilməz” , - terror təşkilatının lideri beynəlxalq koalisiyaya yalvarıb.

Qeyd edək ki, Sincar bölgəsində hava əməliyyatı aprelin 25-də gecə saat 02:00 radələrində keçirilib. Türkiyə ordusunun Baş qərargahından verilən məlumata görə, həyata keçirilən əməliyyatda terror təşkilatının mövqeləri tam dəqiqliklə məhv edilib.

Qeyd edək ki, Sincar bölgəsi PKK-nın “İkinci Qəndili” adlandırılır. PKK-nın əsas qərargahı hesab olunan Qəndil dağlarının ağır bombardmanlarından sonra terror təşkilatının lider heyəti və döyüşçülərin əsas hissəsi Sincarda cəmlənib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm