Dünya
Bağdadi qaçdı, komandiri alt paltarından tutuldu - FOTO
İraq polisi Mosul şəhərində İŞİD komandirlərindən birini
ələ keçirib.
Publika.az xəbər verir ki, Eski Şəhər bölgəsində El-Jada
Stadyum yaxınlarında ələ keçirilən komandirin yanındakı terrorçular
öldürülüb.
Komandirin ələ keçirilərkən alt paltarı ilə çəkilən fotoları sosial
şəbəkələrdə müzakirə mövzusu olub.
ABŞ-ın liderliyi ilə Mosulda İŞİD-ə qarşı əməliyyat keçirən
koalisiya qüvvələrinin sözçüsü Con Dorrin terror təşkilatının
şəhərdə mühasirəyə alındığını deyib.
Onun sözlərinə görə, bir neçə gün ərzində İŞİD Mosuldan tamamilə
çıxarılacaq.
C.Dorrin İŞİD lideri Əbubəkir Bağdadinin harada olduğunu dəqiq
bilmədiklərini açıqlayıb.
“Hazırda gizlənir. Bağdadi İŞİD üzvlərinə ölənə qədər döyüşməyi əmr
edib. ABŞ Dövlət Departamenti Bağdadinin tutulması, yaxud
öldürülməsi üçün 25 milyon dollar mükafat təyin edib”, - deyə o
bildirib.
Asif
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR