Türkiyədə NÖVBƏTİ TERROR: 4 şəhid, 1 yaralı
Bizi izləyin

Dünya

Türkiyədə NÖVBƏTİ TERROR: 4 şəhid, 1 yaralı

Uludərə mahalı və Qars vilayətinin Kağızman mahalında terror aktları törədilib.

Türkiyənin Şırnak vilayətinin Uludərə mahalı və Qars vilayətinin Kağızman mahalında terror aktları törədilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin keçdiyi vaxt PKK terrorçuları tərəfindən yola yerləşdirilən minanın partladılması nəticəsində 2 əsgər yaralanıb.

Əsgərlər vertolyotla Şırnak Dövlət Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Qarsın Kağızman mahalında isə eyni səbəbdən 2 əsgər şəhid olub, biri yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm