Dünya
Sankt-Peterburqu qana boyayan təşkilat məlum oldu
“Əl-Qaidə” terror təşkilatına bağlı olan qruplaşma Sankt-Peterburq metrosunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Publika.az xəbər verir ki, bu haqda ekstremistlərin internetdə fəallığını monitorinq edən “SITE Intelligence Group” saytında deyilir.
Ekstremist təşkilatın adı açıqlanmır. Amma qeyd edilir ki, qruplaşma Rusiyanı yeni hücumlarla hədələyir.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunun “Sennaya Ploşad” və “Texnoloji institut-2” stansiyaları arasında partlayış törədilib. Nəticədə terrorçu da daxil olmaqla, 15 nəfər ölüb, təxminən 50 nəfər yaralanıb.
Bundan başqa, “Ploşad Vosstaniya” stansiyasında bomba tapılıb. Onu zərərsizləşdirmək mümkün olub.
İlkin məlumatlara görə, 22 yaşlı Qırğızıstan sakini Akbarjon Cəlilov terror aktının icraçısıdır. O, aprelin 17-də Moskva ətrafında yerləşən Odintsov rayonunda Sankt-Peterburq metrosunda saxlanılıb.
Müstəntiqlər hesab edirlər ki, o, əvvəlcə " Ploşad Vosstaniya” stansiyasında bomba qoyub, daha sonra isə “Sennaya Ploşad” və “Texnoloji institut-2” stansiyaları arasında hərəkət edən qatarın vaqonunda özünü partladıb.
Ömər Dağlı
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq