Dünya
Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilər”
Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı qərar verilməsinin uzanması və bəzi üzv ölkələrin Türkiyəyə düşmən münasibət bəsləməsi səbəbindən Ankara məsələyə dair mövqeyini dəyişə bilər.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Röyters”ə müsahibəsində bildirib.
“Əgər onlar doğru addımlar atmırlarsa, biz çıxış yolu tapmalıyıq. Biz nəyə görə gözləməliyik ki? Söhbət 54 ildən gedir. Böyük Britaniya vətəndaşlarına müraciət etdi və onlar “Brexit”ə səs verdilər... Onlar yeni gələcəyə irəliləyirlər, analoji addımı Norveç də atdı... eyni şeyi Türkiyəyə də tətbiq etmək olar”, - deyə Ərdoğan bildirib. O, məsələni referenduma çıxarmağa hazır olduğunu vurğulayıb.
“Bir və ya iki ölkə Aİ-nin yaşamasını təmin edə bilməz. Onlara Türkiyə kimi başqa dini təmsil edən bir ölkə gərəkdir, bu onları xeyli gücləndirərdi. Lakin, Aİ ölkələri, görünür, bunu dərk etmirlər. Onlar üçün Türkiyə kimi müsəlman ölkəsini qəbul etmək çox çətindir”, - deyə Ərdoğan qeyd edib. (apa)
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?