20 mindən çox əhali paytaxtdan çıxarılır – ŞOK SƏBƏB
Bizi izləyin

Dünya

20 mindən çox əhali paytaxtdan çıxarılır – ŞOK SƏBƏB

Hazırda Kiyevdə 20 mindən çox insan evsiz şəraitdə yaşayır.

Bu il Kiyevdə keçiriləcək “Eurovision” beynəlxalq mahnı yarışması ilə əlaqədar Ukrayna hökuməti evsiz əhalini şəhərdən kənara çıxaracaq.

Publika.az Ukraynanın “Vesti” qəzetinə istinadən xəbər verir ki, Kiyev hökuməti “Eurovision”-a hazırlıq işləri çərçivəsində bu addımı atacaq.

Buna səbəb kimi evsiz əhalinin Ukraynaya gələcək qonaqları narahat edə bilməsi göstərilir.

Ukrayna hökuməti bəyan edib ki, evsiz əhali gələn qonaqları narahat edə bilər. Bunun üçün də evsiz insanlar yarışma keçirilən ərəfələrdə Kiyevə buraxılmayacaq.

Kiyev şəhər Polis İdraəsinin Sergey adlı əməkdaşı da faktı təsdiqləyib. O deyib ki, hələlik evsiz insanların hansı ərazilərə aparılacağı məlum deyil: “İnsanları hara aparacağımız barədə hələ ki, məlumat verilməyib. Ancaq bizə tapşırıq verilib ki, evsiz əhalinin Kiyevdən çıxarılması ilə bağlı xüsusi əməliyyat keçiriləcək. Ola bilsin ki, həmin insanları Kiyev kənarında yerləşən bir düşərgəyə aparacaqlar”.

Kiyev şəhər Polis Departamentinin mətbuat katibi Yana Semenyuk isə qeyd edib ki, hazırda sözügedən əməliyyata hazırlıq işləri həyata keçirilir.

Xatırladaq ki, Ukraynanın Sosial Siyasət Nazirliyinin məlumatına görə, hazırda Kiyevdə 20 mindən çox insan evsiz şəraitdə yaşayır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm