Dünya
Merkel:" Aİ Türkiyə məsələsində tək səs olmalıdı"
Avropa İttifaqı (Aİ) Türkiyədə keçirilən referendumun nəticələrinə reaksiya verməli idi.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel başçılıq etdiyi Xristian-Demokratlar Partiyasının (CDU) Federal Məclisində keçirilən konfransında deyib.
Merkel bildirib ki, Aİ Türkiyə məsələsində məntiqli nəticəyə gəlməsi üçün müəyyən zaman keçməlidir.
Qeyd edək ki, aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.
Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Türkiyədə keçirilən referendumla bağlı bəyanatında aprelin 16-nı "Türkiyədəki bütün demokratlar üçün kədərli bir gün” adlandırıb.
“Əgər paket dəyişdirilmədən tətbiq olunsa, bu vəziyyət Avropa İttifaqı ilə müzakirələrin təxirə salınmasına gətirib çıxaracaq”, - o bildirib.
Lakin Aİ referendumun nəticələri ilə bağlı vahid mövqeyini açıqlamayıb.
Könül Cəfərli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...