Rus hərbi kolonları Donetskə hərəkət edir - MÜHARİBƏ SİQNALI
Bizi izləyin

Dünya

Rus hərbi kolonları Donetskə hərəkət edir - MÜHARİBƏ SİQNALI

“Donetsk Xalq Respublikası” (“DNR") terrorçuları tərəfindən işğal edilmiş Debaltsevo şəhərində son həftə boyunca Donetsk istiqamətində hərbi texnikanın yerdəyişməsi müşahidə olunur.

Publika.az xəbər verir ki, bu haqda hərbi ekspert, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Ekspertin məlumatına görə, hərbi texnika şəhər vasitəsilə həm gündüz, həm də gecə böyük kolonlar şəklində hərəkət edir.

“Məsələn, kolonlarından birinin tərkibinə təxminən 20 avtomobil və ZU-23-2 zenit sistemləri, həmçinin Rusiya nümunəli kamuflyaj formasında təxminən 200 hərbi qulluqçu var idi”, - ekspert yazıb.

Onun sözlərinə görə, yüngül piyada qoşun tipi üzrə yeni mobil qrupların formalaşması üçün Donetskə daha əvvəl BTR-82A markalı yeni zirehli transportyorlar və BMP-97 tipli maşınlar göndərilib.

Qeyd edək ki, BMP-97 Rusiyanın ən yeni hərbi texnikası hesab edilir. Bu maşınlarda 150-dən çox vahid həcmdə hesablama sistemi yerləşdirilib. Həmçinin pilotsuz uçuş aparatlarının işə salınması üçün avadanlıqlar da quraşdırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm