Çavuşoğlu: “Türkiyəni cəzalandırmaq istəyirlərsə...” – VİDEO
Bizi izləyin

Dünya

Çavuşoğlu: “Türkiyəni cəzalandırmaq istəyirlərsə...” – VİDEO

"Avropa ölkələrində artan irqçilik və islam əleyhdarlığı Avropa təşkilatlarına da keçib”

Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı skandal qərarına sərt reaksiya verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir qərarı tanımadıqlarını bildirib.

“Bu qərarı tanımırıq. Əlaqələrimizi yenidən gözdən keçirəcəyik. Bizi buna məcbur etdilər. Türkiyəyə cəza vermək istəyirlərsə, bunun əks effekti olar. Parlamentin bu qərarı sonrakı əməkdaşlığı zəiflədən bir addımdır. Avropa siyasəti çox dəyişir və təəssüf ki, Avropa ölkələrində artan irqçilik və islam əleyhdarlığı Avropa təşkilatlarına da keçib”, - Çavuşoğlu deyib.

Qeyd edək ki, AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının dünən keçirilən plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi qəbul edilib. Sənəddə Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu. Hesabat Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilər tərəfindən hazırlanıb.

Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.

Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm