Krım sahillərində faşist gəmisi tapıldı
Bizi izləyin

Dünya

Krım sahillərində faşist gəmisi tapıldı

Gəmi sonuncu dəfə qiymətli silah-sursat daşıyırmış.

Krım yarımadasının sahillərinə yaxın yerdə dalğıclar faşistlərin 1943-cü ildə batmış gəmisini tapıblar.

Publika.az xəbər verir ki, gəmi Sevastopol və Tarxankut burnu arasında tapılıb. Bu gəmi ilk dəfə 1919-cu ildə suya buraxılıb. 1941-ci ildə sovet dənizçiləri onu batırıblar. Amma bir müddət sonra almanlar gəmini üzə çıxarıb təmir edərək yenidən sulara buraxıblar. Tutduğunu buraxmayan sovetlər bu dəfə də gəmini batıra biliblər.

Gəmini tapan ekspedisiyadan bildirirlər ki, gəmi sonuncu dəfə qiymətli silah-sursat daşıyırmış.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm