ABŞ Rusiyaya nüvə zərbəsi endirmək imkanına malikdir - MOSKVADAN SOS
Bizi izləyin

Dünya

ABŞ Rusiyaya nüvə zərbəsi endirmək imkanına malikdir - MOSKVADAN SOS

ABŞ-ın Avropada yerləşdirdiyi raket əleyhinə müdafiə sistemləri yeni qızğın silahlanmanı təhrik edir.

ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemlərini yerləşdirməsi Rusiyaya qapalı raket-nüvə zərbəsi üçün imkan yaradır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələri Baş qərargahının Baş operativ idarəetmə idarəsi rəisinin birinci müavini, general Viktor Poznixir bildirib.

“ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemləri bazalarının olması Rusiya ərazisinə yaxın dəniz və okeanların akvatoriyalarında yerləşən gəmilərdən Rusiyaya raket-nüvə zərbələrinin vurulması üçün güclü gizli zərbə komponenti yaradır”, - o deyib.

Daha əvvəl Rusiya Baş qərargahında bildiriblər ki, ABŞ-ın Avropada yerləşdirdiyi raket əleyhinə müdafiə sistemləri yeni qızğın silahlanmanı təhrik edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm