Putinin qızı evini satışa çıxardı - - FOTOLAR
Bizi izləyin

Dünya

Putinin qızı evini satışa çıxardı - - FOTOLAR

Evin qiyməti 2,9 milyon avrodur.

Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Niderlandın Vorshotten şəhərindəki evini satışa çıxarıb.

Publika.az xəbər verir ki, bu haqda yerli WNL nəşri yazıb.

Nəşr qeyd edir ki, Mariya öz əri hollandiyalı Yoritton Faassenomla birlikdə mənzilin sahibidir. Ancaq onlar artıq burada yaşamırlar. Mənzilin məhz niyə indi satışa çıxarıldığı məlum deyil. Lakin, jurnalistlər güman edirlər ki, evin satılması barədə qərar Niderland və Rusiya arasındakı soyuq münasibətlərlə bağlı ola bilər.

Evin qiyməti 2,9 milyon avrodur. Baxmayaraq ki, ev hətta kosmetik təmir edilməyib.

KİV həmçinin yazır ki, Putinin qızı Moskvaya köçür və “Qazprom” şirkətində işləyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm