• USD 1,7000 0,00% EUR 2,0046 -0,37%
    • GBP 2,2216 -0,38% RUB 0,0232 0,00%

Liviya Avropa İttifaqından yardım istəyir

Liviya Avropa İttifaqından yardım istəyir

Liviyanın hakimiyyət orqanları sahil mühafizəsi yaratmaq, o cümlədən 130 qismən silahlanmış patrul gəmisi üçün Avropa İttifaqından maddi yardım istəyir. Bu barədə məlumatı Almaniyanın ARD media şirkəti açıqlayıb. Brüssel diplomatları bir neçə həftə əvvəl Tripolidən Avropa Komissiyasına gələn siyahının mövcudluğunu dpa agentliyinə təsdiq ediblər. Avropa İttifaqına daxil olan ölkələr bu məsələni öyrənmək və müzakirə etmək niyyətindədirlər.

Liviya Avropaya getməyə çalışan afrikalı miqrantların yola düşdüyü mühüm məkan sayılır. Avropanın Xarici Sərhədlərin Mühafizəsi Agentliyinin – Frontexin məlumatına görə, 2017-ci ilin ilk 3,5 ayı ərzində Liviyadan Aralıq dənizi ilə İtaliyaya 28 min adam gəlib. Agentliyin direktoru Fabris Leggeri Almaniyanın “Passauer Neuen Presse” nəşrinə müsahibəsində deyib: “Bu, ötən ilin eyni dövründəkindən 30 faiz çoxdur”.

Avropaya üz tutanlar əsasən Kot-d`İvuar, Qvineya, Nigeriya və Banqladeş vətəndaşlarıdır. (Azərtac)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR