9 mindən çox polis işdən uzaqlaşdırıldı
Bizi izləyin

Dünya

9 mindən çox polis işdən uzaqlaşdırıldı

9103 hüquq-mühafizə orqan əməkdaşı işdən uzaqlaşdırılıb.

Türkiyədə "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 9 103 hüquq-mühafizə orqan əməkdaşı işdən uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Baş İdarəsinin məlumatında bildirilir.

Onların FETÖ ilə əlaqəli olduqlarına görə vəzifələrindən uzaqlaşdırıldığı bildirilir.

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm