Dünya
İsrailin kəşfiyyat naziri Dəməşq aeroportunu bombaladıqlarını etiraf etdi - VİDEO - (YENİLƏNDİ)
Publika.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə bombardman zamanı çəkilən görüntülər də yayımlanıb.
Hələlik İsrail hökuməti bombardmanın məsuliyyətini üzərinə götürməsə də, ancaq İsrailin kəşfiyyat naziri Yisrael Katz Dəməşq hava limanında keçirilən hərbi hava əməliyyatlarının arxasında rəsmi Təl-Əvivin dayandığını etiraf edib.
Nazir deyib ki, bu əməliyyatın həyata keçirilməsinə İsrail dövlətinin tam haqqı çatır: “İsrailin “Hizbullah”ın terror planlarına qarşı addımlar atmağa tam haqqı var. Biz “Hizbullah”ın planları ilə bağlı hər kəşfiyyat məlumatları alan kimi, lazımı addımlar atacağıq. Biz İranın Suriyada hərbi fəaliyyətini gücləndirməsinə əngəl yaratmağa məcburuq”.
***
Hadisəni İsrail Hərbi Hava Qüvvələrlərinin törətdiyi məlum olub.
Publika.az Lenta.ru-ya istinadən xəbər verir ki, aprelin 27-si İsrail hava qüvvələri Dəməşqin beynəlxalq aeroportu ərazisində yerləşən hərbi bazaları partladıb.
Güclü partlayışların səsləri paytaxtın şərq hissəsində eşidilib.
Qeyd edək ki, martın 17-də Suriyanı hədəf alan İsrail təyyarələri müxtəlif əraziləri zenit raketlərdən atəşə tutub. İsrailin müdafiə naziri Aviqdor Liberman Suriyanı məhv etməklə hədələmişdi.
***
Suriyanı Sam hava limanında ard-arda bir neçə partlayış olub.
Publika.az xəbər verir ki, partlayışın səbəbi dəqiq bilinməsə də, partlayışa hava hücumlarının səbəb ola biləcəyi ehtimalı istisna olunumur.
Könül Cəfərli
Vasif Həsənli
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO