Dünya
FETÖ-nün yeni hədəfi ortaya çıxdı
Fəthullahçı Terror Təşkilatının (FETÖ) lobbi şirkəti olan "Washington Strategy Group Inc." ilə "Gotham" lobbi şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalandığı ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Gohham" ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxınlığı ilə tanınır.
Aparılan araşdırmaların nəticəsi olaraq, "Gotham"ın üzvləri lobbi fəaliyyətinə görə saxlanılıb. Şirkətin məqsədi ABŞ-da FETÖ-nün fəaliyyətini dəstəkləmək olub. "Gotham"ın üzvləri veriləcək dəstək qarşılığında birdəfəlik 50 min, əlavə olaraq isə hər ay 20 min dollar gəlir əldə etməli idi.
"Gotham" partnyorlarından biri olan Bred Gertsman bildirib ki, FETÖ lideri Fəthullah Gülənin tərəfdarları Ağ Evlə yaxın münasibərlər qurmaq üçün məhz bu şirkəti seçib. Onun sözlərinə görə, şirkət Səudiyyə Ərəbistandakı türk "siyasi məhbuslar"ın buraxılması üçün ABŞ-ın rəsmi nümayəndələri ilə razılığa gəlib. Onun özünün isə bu məqsədlə Səudiyyə Ərəbistanına səfəri planlaşdırılırdı.
Bred Gertsman qeyd edib ki, "Gotham" şirkəti 2016-cı ilin noyabr ayından 2017-ci ilin aprel ayına qədər Konqresdə fəaliyyəti üçün 80 min dollar xərclənib.
Könül Cəfərli
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!