• USD 1,7000 0,00% EUR 2,0083 0,00%
    • GBP 2,2201 0,00% RUB 0,0233 0,00%

“Dünya qlobal təhlükə zonasına çevrilir” - Rusiya kəşfiyyatından ŞOK XƏBƏRDARLIQ

  • Dünya
  • 27 Aprel 2017 11:54
  • 2 185 Baxış
“Dünya qlobal təhlükə zonasına çevrilir” - Rusiya kəşfiyyatından ŞOK XƏBƏRDARLIQ

"Yaxın Şərq regionu Qərbin geosiyasi oyununun girovuna çevrilib".

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Müxtəlif bəhanələrlə öz iradəsini başqalarının boynuna qoymaq xaosdan başqa heç nə gətirmir. Bu, Yaxın Şərq və Afrikanın nümunəsində açıq görünür. Bu regionlar heç vaxt sabitliklə fərqlənməyib. Ancaq son zamanlar yad geosiyasi oyunun girovuna çevriliblər. Qərbin Əfqanıstan, İraq, Liviya və İranla bağlı mühakiməsiz cəhdləri xaos və zorakılıq dalğasından başqa heç nə gətirmədi”, - o deyib.

Onun sözlərinə görə, terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlıq sahəsində vəziyyətin yaxşılaşmasına ümidlər hələ yoxdur. Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib ki, dünyanın bir sıra şəhərlərində baş verən son faciəli hadisələr seriyası heç bir dövlətin hazırda terror aktlarından sığortalanmadığını göstərir. Narışkin qeyd edib ki, bütün dünya faktiki olaraq qlobal təhlükə zonasına çevrilir və terror təhlükəsi xüsusilə böyük şəhərlərdə gündəlik həyatın bir hissəsi olur.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR