Dünya
Merkeldən Türkiyə bəyanatı - TARİX AÇIQLANDI
“Avropa İttifaqı-Türkiyə əlaqələri Ankarada baş verən proseslərlə əlaqədar zərbə aldı”.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə parlamentində (buntestaq) çıxışında Almaniya kansleri Angela Merkel deyib.
"Son həftələrdə baş verən proseslər Almaniya və Avropa İttifaqının Türkiyə ilə əlaqələrinə mənfi təsir göstərdi. Avropa İttifaqı Türkiyənin ATƏT-in hesabatına hansı reaksiya verdiyini yaxından izləyəcək. Türkiyə bu hesabata və tənqidi müşahidələrə cavab verməlidir”, - alman hökumətinin başçısı bildirib.
Merkel qeyd edib ki, Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hesabatını da diqqətdə saxlamalıdır. O, Avropa İttifaqının aprelin 29-da keçirəcəyi zirvə toplantısında Türkiyə ilə bağlı müzakirələrin aparılacağını əlavə edib.
Xatırladaq ki, AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının aprelin 25-dəki plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi qəbul edilib. Sənəddə Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu. Hesabat Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilər tərəfindən hazırlanıb.
Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.
Türkiyə Xarici İşlər Nazirliyi AŞPA-nın hesabatının terror təşkilatlarına xidmət etdiyini açıqlayıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu hesabatı tanımadıqlarını bildirib.
Ömər Dağlı
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ