Traktor sürücüsü "həkiməm" deyib 500 min dollar qazandı - İNANILMAZ HİYLƏ
Bizi izləyin

Dünya

Traktor sürücüsü "həkiməm" deyib 500 min dollar qazandı - İNANILMAZ HİYLƏ

Pulatova 8 il həbs cəzası verilib.

Özbəkistanda traktor sürücüsü hiylə işlədərək saxta həkim sertifikatı alıb və 1 il kənd camaatına xidmət göstərib.

Publika.az xəbər verir ki, Buğa kənd sakini Qəhrəman Pulatov bu yolla nə az, nə çox düz 500 min dollar qazanıb.

Bir il əvvəl səhiyyə xidmətinin verdiyi sertifikatla xüsusi şirkət açan fırıldaqçı yanında bir neçə qohumunu da işə düzəldib.

Hadisə ilə bağlı Özbəkistan Baş Prokurorluğunda araşdırma başladılıb. Sürücünün Qazaxıstan Səhiyyə Nazirliyi tərəfindən verilən saxta Beynəlxalq Psixoloqlar, Həkimlər və Ənənəvi Tibb Dərnəyi sertifikatını hansı yolla əldə etdiyi araşdırılır. Pulatova 8 il həbs cəzası verilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm