Parisdə polis tələbələrə qarşı gözyaşardıcı qaz tətbiq etdi
Bizi izləyin

Dünya

Parisdə polis tələbələrə qarşı gözyaşardıcı qaz tətbiq etdi

Aksiyada bir neçə yüz məktəbli və lisey tələbəsi iştirak edib.

Parisdə Fransa prezidentliyinə hər iki namizədi – Marin Le Pen və Emmanuel Makrona qarşı məktəblilər və lisey tələbələri razılaşdırılmamış yürüş keçiriblər.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, yürüş zorakılıqla müşayiət edilib.

Aksiya iştirakçılarının polisə butulkalar və zibil atmasına cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib. Aksiyada bir neçə yüz məktəbli və lisey tələbəsi iştirak edib.

Qeyd edək ki, aprelin 23-də keçirilən prezident seçkilərinin birinci turunda Emmanuel Makron və Marin Le Pen müvafiq olaraq 24,01 və 21,3 faiz səs toplayaraq ikinci tura keçib. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm