“Buna son qoyulmalıdır!” - Moskvadan Türkiyəyə XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

“Buna son qoyulmalıdır!” - Moskvadan Türkiyəyə XƏBƏRDARLIQ

“Moskva Türkiyənin kürd qüvvələrini vurmasından narahatdır”.

“Moskva Türkiyənin kürd qüvvələrini vurmasından narahatdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında deyib.

“Ankaranın həyata keçirdiyi əməliyyatı dərin narahatlıqla qarşıladıq. Hesab edirik ki, ABŞ beynəlxalq hüququ pozaraq Suriya ordusuna məxsus Şayrat hərbi hava bazasını vurmasaydı, Türkiyə də bu əməliyyatı həyata keçirməzdi. Suriyaya qarşı bu hərəkətlərə son qoyulmalıdır”, - Zaxarova bildirib.

Türkiyәnin döyüş tәyyarәlәri aprelin 25-də Suriyanın Karaçok vә İraqın Sincar bölgәsindәki PKK mövqelərini bombalayıb. Bombardman nəticəsində terror təşkilatının kommunikasiya müəssisələri və 70-dən çox döyüşçüsü məhv edilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm