ABŞ-dan Türkiyəyə xəbərdarlıq
Bizi izləyin

Dünya

ABŞ-dan Türkiyəyə xəbərdarlıq

Türkiyənin İraqdakı hərəkətləri Amerika hərbçilərinin həyatını təhlükə altında qoyub.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner Türkiyənin İraqın şimal hissəsində Kürd Fəhlə Partiyası yaraqlılarının mövqelərinə endirdiyi havadan zərbələri şərh edib.

"Report" xəbər verir ki, o, Türkiyə tərəfinin koalisiya ilə əlaqəsinin olmamasının regionda Amerika hərbçilərinin həyatını təhlükə altında qoyduğunu bildirib.

"Biz olduqca yüksək səviyyədə Türkiyə hökumətinə bu günlərdə atılan addımla bağlı dərin narahatçılığımızı çox dəqiq şəkildə ifadə etdik", - deyə "Sputnik" Tönerin sözlərini sitat gətirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm