300-dən çox şagird məktəb yeməkxanasında zəhərləndi
Bizi izləyin

Dünya

300-dən çox şagird məktəb yeməkxanasında zəhərləndi

Qida məhsullarının 41 məktəb və 6 uşaq bağçasına eyni kombinatdan tədarük olunduğu məlum olub.

Fransanın Ruan şəhərində 300-dən çox şagird məktəb yeməkxanasında nahar etdikdən sonra zəhərlənib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident 50-dək təhsil müəssisəsini əhatə edib. Qida məhsullarının 41 məktəb və 6 uşaq bağçasına eyni kombinatdan tədarük olunduğu məlum olub.

Səhhətində problemlər yaranan uşaqların bir hissəsinə yerindəcə tibbi yardım göstərilib, qalanları isə xəstəxanalara çatdırılıblar. Onların həyatının təhlükədə olmadığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm