Dünya
Ermənistanın qorxduğu plan İŞƏ DÜŞDÜ: Masonlar İrəvanda GİZLİ HƏRƏKƏTƏ KEÇDİ
Bir neçə gün öncə İrəvana səfər edən Fransanın “Böyük
Şərq” mason lojasının başçısı Kristof Abas Ermənistanda mason
lojasını təsis edib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
Abas yeni təsis olunmuş mason lojasının üzvlərini açıqlamayıb.
O, Ermənistanda bu lojanın təsisini “qardaşlıq, bərabərlik və
azadlıq” prinsipinə xidmət adlandırıb.
Lakin Ermənistan mediası indiki halda mason lojasının yaradılmasına
şübhəli yanaşır.
Bəzi media orqanları masonların Ermənistana hakimiyyət çevrilişi
üçün gəldikləri iddiasını irəli sürüblər.
“Lragir” saytı da belə ehtimalların olduğunu yazıb. Sayt qeyd edib
ki, Ermənistanda mason lojasının yaranması “sui-qəsd” ideyasını önə
çəkir.
“Hərəkatın liderləri inandırırlar ki, onlar gizli təşkilat deyil.
Lakin dünyada masonluq ətrafında müəmma qalır. Güman etmək olar ki,
Ermənistanda mason lojasının yaradılması bölgənin gələcəyinə
hesablanmış addımdır. Lakin hazırkı hakimiyyətin onların planlarına
uyğun hərəkət edəcəyi inandırıcı deyil. Bu da hakimiyyət
dəyişikliyi haqda səslənən fikirləri yenidən gündəmə gətirir.
Ümumilikdə Ermənistanda mason lojasının yaradılması sui-qəsd
dalğasının başlanması haqda fikirləri gücləndirir”, - deyə sayt
bildirib.
Asif
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...