Ukraynadan Moskvaya ərazi İDDİASI: 8 ölkə arasında bölünəcək Rusiyanın...
Bizi izləyin

Dünya

Ukraynadan Moskvaya ərazi İDDİASI: 8 ölkə arasında bölünəcək Rusiyanın...

Pavel Jebrivskiy Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib.

Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının başçısı Pavel Jebrivskiy Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib.

Publika.az Depo.ua saytına istinadən xəbər verir ki, o, bu barədə vilayət dövlət administrasiyasının kollegiya iclasında bildirib.

“Mən, əlbəttə, Rostov vilayətinin Ukraynaya qayıdışını çox dəstəkləyirəm”, - Pavel Jebrivskiy bildirib.

Qeyd edək ki, Jebrivskinin Rusiya ərazisinə iddiaları ilk dəfə səslənmir. O, 2016-cı ildə “qədim Ukrayna" torpaqları adlandırdığı Kursk, Bryansk, Voronej, Rostov və Krasnodaru Ukraynaya qaytarmağa çağırıb.

Təsadüfi deyil ki, Rusiya prezidentinin keçmiş məsləhətçisi, ABŞ-ın Katona İnstitutunun elmi işçisi Andrey İllarionov Rusiyanın parçalanacağı halda Voronej, Rostov və Krasnodar vilayətlərinin Ukraynaya keçəcəyini proqnozlaşdırır. Onun iddiasına görə, Rusiyanın toprpaqları 8 dövlət arasında bölüşdürülə bilər. Eksper qeyd edir ki, Pskov vilayətinin Ptalovski rayonu Latviya, Leninqrad vilayətinin Kinqisepski rayonu Estoniya, Karel bərzəxinin şimalı və Peçenqa Finlandiya, Smolensk və Bryansk vilayətləri Belarus, Voronej və Rostov vilayətləri, həmçinin Krasnodar vilayəti Ukraynaya, Qərbi Sibirin əhəmiyyətli əraziləri Qazaxıstana, ən azı 1,5 milyon kvadrat kilometrlik Sibir və Uzaq Şərq ərazisi Çinə, Kuril adaları və Saxalin isə Yaponiyaya keçə bilər.

Jebrivskiy daha əvvəl isə bildirib ki, “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun ərazisinin Kiyevin nəzarətinə qaytarılması üçün Rusiya ilə vuruşmağa hazırdır: “Bu, Rusiya və Ukrayna arasında açıq və ciddi müharibə olacaq. Mən vuruşmağa hazıram. Prinsip etibarilə, bunu hamı istəyərdi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm