“Şeytan ittifaqı”nın hədəfi və Qarabağda BÖYÜK MÜHARİBƏ: 10 dəqiqə içində... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Dünya

“Şeytan ittifaqı”nın hədəfi və Qarabağda BÖYÜK MÜHARİBƏ: 10 dəqiqə içində... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Dağlıq Qarabağ münaqişəsi tədricən güzəştlər yolu ilə həll oluna bilər.

Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri aprelin 28-də Moskvada görüşüblər. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır. Fransada prezident seçkilərinin birinci turu keçirilib. ABŞ prezidenti Donald Tramp aprelin 24-də sələfinin etdiyini təkrarladı.Moskva və Ankara S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib.Türkiyə Silahlı Qüvvələri aprelin 25-də İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı ilk dəfə hava əməliyyatı təşkil etməklə böyük hücumun anonsunu verdi.

Dağlıq Qarabağ münaqişəsi

Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri aprelin 28-də Moskvada görüşüblər. Görüşdə 2016-cı ilin mayında keçirilən Vyana və iyunda keçirilən Sankt-Peterburq görüşlərində nail olunmuş razılıqların icrasına ehtiyac olduğu vurğulanıb. Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həllinə kömək etdiyi üçün Rusiya xarici işlər nazirinə minnətdarlıq edib.

Nazirlər bütün məsələlərin müzakirəsi üçün əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Üçtərəfli danışıqlarda Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib.

Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” adlı qəzetində Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi haqqında geniş məqalə dərc olunub.Plexanov adına RİU-nun politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Nikolayeviç Perenciyevin müəllifi olduğu məqalədə bildirilir ki, Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ münaqişəsi tədricən güzəştlər yolu ilə həll oluna bilər. Məsələn, Ermənistan nəqliyyat-kommunikasiya qarşılığında rayonları qaytara bilər”. Bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə eksperti Tomas de Vall deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.Bunu Fransa prezidenti Fransua Olland qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Ermənilər Gürcüstanda separatizmi qızışdırmaq istiqamətində aktiv fəaliyyətə başlayıb. “Kavkazplus” saytı ermənilərin Azərbaycanda etnik qruplar arasında separatizm toxumu səpdiyi kimi, eyni addımları Gürcüstanda da atdığını yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Meds Yeghern”

Ermənilər ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı” haqda danışacağına və “soyqırımı” ifadəsini işlədəcəyinə ümid edirdi. Lakin Tramp Ağ Evə gələndən sonra Türkiyə ilə münasibətləri pozacaq heç bir ifadə işlətməyib.Bəzi konqresmenlər isə Trampa “soyqırım” kəlməsini deməsi üçün müraciət etmişdilər.

Amma Trump Osmanlı dövlətində 1915-ci ildə baş verən hadisələrlə bağlı çıxışında "soyqırım” ifadəsini işlətmədi.O, sələfi Barak Obama kimi böyük fəlakət mənasını verən “Meds Yeghern” ifadəsini işlədib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün İstanbulda erməni patrixliyində keçirilən dini ayinə mesaj göndərib. Ərdoğan məktubunda 1915-ci il hadisələrinə toxunub.

“Türkiyə ermənilərinin patrixi hörmətli Aram Ateşyan, çox dəyərli erməni vətəndaşlarım sizləri sevgi və hörmətlə salamlayıram. I Dünya müharibəsinin çətin şərtlərində həyatını itirən Osmanlı ermənilərini bu il də hörmətlə anır, nəvələrinə baş sağlığı diləyirəm”, - deyə məktubda bildirilib.

Fransada prezident seçkiləri

Fransada aprelin 23-də keçirilən prezident seçkilərinin birinci turunda “İrəli!” hərəkatının namizədi Emmanuel Makron və “Milli Cəbhə” partiyasının ultrasağçı lideri Marin Le Pen ilk iki yeri tutaraq seçkilərin ikinci turunda iştirak etmək hüququ qazandılar. Vaxtilə favorit hesab edilən Fransua Fiyon da daxil olmaqla, məğlub namizədlərin bir çoxu tərəfdarlarını növbəti turda Makrona səs verməyə çağırdılar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fransada prezident seçkilərinin ilk turunda 24,01 faiz səs alaraq ilk yeri tutan Emmanuel Makron isə Türkiyə əleyhinə bəyanatla çıxış edib. Makron prezident seçiləcəyi halda 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyacağını söyləyib. Prezidentliyə namizəd eyni zamanda qalib gələcəyi halda Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrində irəliləyiş olmayacağını da vurğulayıb.

Rusiya ABŞ-da üzləşdiyi və içindən hələ də çıxa bilmədiyi problemlə bu dəfə Fransada qarşılaşıb. Söhbət seçki prosesinə müdaxilə məqsədilə həyata keçirilən kiberhücumlardan gedir.

Yaponiyanın “Trend Mikro” şirkətinin yaydığı informasiyaya görə, rus hakerləri “İrəli!” hərəkatından prezidentliyə namizədi, keçmiş iqtisadiyyat naziri Emmanuel Makronun tərəfdarlarının serverlərini açmağa cəhd göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə

Türkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətinin 90 günə qədər uzadıb. Daha əvvəl Türkiyəyə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 60 gün idi.

Bu, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 3-də Soçidə keçirəcəyi görüşü öncəsi Ankaradan Moskvaya verilən müsbət mesaj hesab oluna bilər.

Moskva və Ankara S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib. Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “Habertürk” qəzetinə müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri aprelin 25-də İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı ilk dəfə hava əməliyyatı təşkil edib. Sincar bölgəsi PKK-nın “İkinci Qəndili” adlandırılır. PKK-nın əsas qərargahı hesab olunan Qəndil dağlarının ağır bombardmanlarından sonra terror təşkilatının lider heyəti və döyüşçülərin əsas hissəsi Sincarda cəmlənib.

Türkiyənin İraq və Suriyaya təşkil etdiyi əməliyyatlar onu göstərdi ki, bu ölkə heç vaxt müttəfiqimiz olmayacaq. Bu sözləri ABŞ Xarici Əlaqələr Şurasının rəhbəri Riçard Haas Tvitter hesabında yazıb.

Ekspert bildirib ki, Vaşinqton strateji olaraq beynəlxalq siyasətini yenidən dəyərləndiməlidir: “Əgər Türkiyə bu əməliyyatlara davam edərsə, Ərdoğanın ABŞ səfəri ləğv edilməlidir”, - Haas bildirib.

Ankaraya daha bir etiraz Moskvadan gəlib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, Türkiyənin İraq və Suriyada kürdlərə qarşı əməliyyatları qəbuledilməz və beynəxalq hüquqi prinsiplərə zidd adlandırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə həftəlik mətbuat konfransında Moskvanın Türkiyənin kürd qüvvələri vurmasından narahat olduğunu deyib.

Lakin rəsmi Ankara əməliyyatların davam etdiriləcəyini bəyan edib.

Türkiyәnin döyüş tәyyarәlәri aprelin 25-də Suriyanın Karaçok vә İraqın Sincar bölgәsindәki PKK mövqelərini bombalamaqla ABŞ-ın böyük oyununu pozub. Ankara əməliyyatla ABŞ-ın Sincar ve Karaçok bölgələrini birləşdirərək İraq-Suriya arasındaki sərhədi aradan götürmək planına əngəl olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının aprelin 25-də keçirilən plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi qəbul edilib. Sənəd Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.

Türkiyə Xarici İşlər Nazirliyi AŞPA-nın Türkiyə ilə bağlı skandal qərarına sərt reaksiya verib. Nazirlikdən verilən yazılı açıqlamada qərarın terror təşkilatlarına xidmət etdiyi bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu AŞPA-nın Türkiyə ilə bağlı skandal qərarı tanımadıqlarını bildirib. “Əlaqələrimizi yenidən gözdən keçirəcəyik. Bizi buna məcbur etdilər. Türkiyəyə cəza vermək istəyirlərsə, bunun əks effekti olar”, - Çavuşoğlu deyib.

Aprelin 26-da Türkiyənin 81 vilayətində Fətullahçı Terror Təşkilatına (FETÖ) əməliyyat keçirilib. Bütün vilayətlərdə eyni vaxtda başlayan əməliyyata 8 min 500 polis qatılıb. Təhlükəsizlik Təşkilatının strukturlarında çalışan 4900 FETÖ üzvünün saxlanılması barədə qərar çıxarılıb. Əməliyyatın gedişatında 1100-dən çox FETÖ üzvü saxlanılıb.

Türkiyədə Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı son əməliyyyatın gedişatında ələ keçirilən SD kart təşkilatın bu günə qədər ortaya çıxmamış üzvlərini və planlarını deşifrə edib. Son əməliyyat FETÖ-nün dövlətin yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planlaşdırdığı ortaya çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Aprelin 25-də keçirilməsi gözlənilən yeni nüvə və ya ballistik raket sınağı reallaşmasa da, Koreya Xalq Demokratik Respublikası (KXDR) ordu tarixinin ən böyük təlimini keçirib. Təlimlərdə təxminən 300 artilleriya topu, sualtı gəmi və aviasiya iştirak edib. Təlimin əsas məqsədlərindən biri dəniz hədəflərinin məhv edilməsinə hazırlıq olub. Təlimləri dövlət başçısı Kim Çen In şəxsən müşahidə edib.

“Aegis” erkən xəbərdarlıq sistemləri ilə təchiz edilmiş ABŞ-ın və Yaponiyanın hərbi gəmiləri aprelin 25-də Şimali Koreyanın ballistik raketlərinin zərərsizləşdirilməsi üzrə təlimlər keçirib. Birgə təlimlər Yapon dənizində keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Koreya yarımadasına göndərdiyi “USS Carl Vinson” və digər döyüş gəmiləri aprelin 28-də bölgəyə çatıb. Döyüş gəmiləri bölgədə Cənubi Koreya və Yaponiya ilə keçirilən hərbi təlimlərə qatılacaq.

Amerikalı admiral Harris Cənubi Koreyada qurulmağa başlanılan THAAD raketdən müdafiə sisteminin bir neçə günə hazır olacağını və Şimali Koreyadan gələ biləcək istənilən hücumun qarşısını alacağını bildirib.

ABŞ-ın dövlət katibi Reks Tillerson isə söyləyib ki, Şimali Koreyanın ABŞ ərazisinə zərbə imkanı vaxt məsələsidir. ”Seul və Tokioya Şimali Koreyanın nüvə hücumu təhlükəsi realdır. ABŞ-a zərbəni vurmaq imkanı isə yalnız vaxt məsələsidir”, - Tillerson Şimali Koreya problemi üzrə BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

O, Şimali Koreyanı maliyyə baxımdan təcridini gücləndirməyə və Pxenyana qarşı yeni məhdudiyyətləri daxil etməyə çağırıb. Dövlət katibinin sözlərinə görə, Pxenyana qarşı sanksiyaların cari rejimi çərçivəsində onun davranışını dəyişdirəcəyinə ümid yoxdur.

Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə sərhədə çoxsaylı hərbi texnika yerləşdirilib. Bölgədə hərbi gərginlik davam edir.Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə sərhədə çoxsaylı hərbi texnika yerləşdirilib. Bölgədə hərbi gərginlik davam edir.

Şimali Koreya probleminin hərb yolla həlli regionda fəlakətə səbəb olacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O, ABŞ-ın Cənubi Koreyada THAAD komplekslərini yerləşdirməsinin regionda qeyri-stabilliyə səbəb yaradan əsas amillərdən biri olduğunu bildirib.

“Əgər Koreya Xalq Demokratik Respublikası Yaponiyaya tərəf nüvə raketi buraxarsa, çoxu üçün xilas olmaq praktik olaraq mümkün olmayacaq”. Bunu Rusiya KİV-nə müsahibəsində hərbi ekspert, Rusiya Raket-artilleriya Elmləri Akademiyasının müxbir üzvi Konstantin Siskov deyib.

Sivkovun sözlərinə görə, nüvə zərbəsinə hazırlaşmağa və sığınacaq tapmağa ölkənin bütün sakinləri üçün 10 dəqiqə açıq-aydın kifayət etməyəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya

Rusiya Suriyaya quru qoşunlarını göndərə bilər. Bu barədə informasiyanı “Əl Qüds Əl Arabi” qəzeti yayıb. Qəzet bunun üçün Suriya Prezidenti Bəşər Əsədin rusiyalı həmkarı Vladimir Putindən bu orduları xahiş etməli olduğunu bildirib.

Qeyd edək ki, Rusiyanın hələlik Suriyada hərbi-dəniz, hərbi-kosmik və hava hücumundan müdafiə qüvvələri var.

Daha əvvəl isə Suriya lideri ölkəsində anti-terror əməliyyatlarında Rusiyanın quru qoşunlarının iştirakını istisna etməyib. O əlavə edib ki, hazırda buna ehtiyac yoxdur.

Moskva Suriya probleminin siyasi yolla həll edilməsi variantlarından imtinaya qarşı müqavimət göstərəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

O, Rusiyanın Suriyada hakimiyyət dəyişikliyi cəhdlərinə imkan verməyəcəyini bildirib.

Aprelin 27-si İsrail hava qüvvələri Dəməşqin beynəlxalq aeroportu ərazisində yerləşən hərbi bazaları partladıb. “Röyters” agentliyinin məlumatına görə, Livanın “Hizbullah” qruplaşmasının anbarı bombardmanların hədəfi olub. Zərbə nəticəsində İranın “Hizbullah”a göndərdiyi silahların tam məhv edildiyi bildirilir.

İsrail Müdafiə naziri Aviqdor Liberman isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı bildirib ki, İsrail İran və “Hizbullah”a öz ordularını Colan yüksəkliklərində cəmləşdirməyə imkan verməyəcək.

Donbas böhranı

Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Kiyevdə “müharibə partiyası” qalib gəlir. “Təəssüf ki, Kiyevdə müharibə partiyası qalib gəlir. Təmas xəttində silahlı təxribatlar davam edir. Donbasa qarşı blokada rejimi tətbiq edilib. Bu, yalnız regiona deyil, bütövlükdə Ukraynaya zərər vuracaq”, - Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib.

“Donetsk Xalq Respublikası” (“DNR") terrorçuları tərəfindən işğal edilmiş Debaltsevo şəhərində son həftə boyunca Donetsk istiqamətində hərbi texnikanın yerdəyişməsi müşahidə olunur. Bu haqda hərbi ekspert, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb. Ekspertin məlumatına görə, hərbi texnika şəhər vasitəsilə həm gündüz, həm də gecə böyük kolonlar şəklində hərəkət edir.

Rusiya cəbhə boyu Ukraynaya genişmiqyaslı hücum etməyəcək. Amma Kiyevi hərbi vəziyyətin tətbiqinə təhrik edə bilər. Bu isə Rusiyaya müharibə elanı anlamına gələcək”. Bunu Ukrayna müdafiə nazirinin sabiq müavini Yevgeni Marçuk müdafiə və təhlükəsizlik üzrə II Ukrayna forumunda deyib.

Marçukun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəddə ciddi hərbi strukturları cəmləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının başçısı Pavel Jebrivskiy Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib. O, bu barədə vilayət dövlət administrasiyasının kollegiya iclasında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya-ABŞ münasibətləri

Rusiya və ABŞ arasında soyuq müharibədən sonra hazırda nüvə qarşıdurması təhlükəsi yaranıb. Bu sözləri Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə sədri Aleksey Puşkov Tvitter səhifəsində paylaşıb. Puşkov qeyd edib ki, bu təhlükəni ABŞ hakimiyyəti öz siyasəti ilə geri qaytarıb.

“Soyuq müharibənin əsas nəticəsinin nüvə savaşını aradan qaldırmaq olduğunu deyirdilər. Ancaq hər şey geri qayıtdı: ABŞ öz siyasəti ilə bu təhlükəni qaytardı”, - Puşkov yazıb.

Qeyd edək ki, Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin sədr müavini general-leytenant Viktor Poznixir ABŞ-ın raket əleyhinə müdafiə sisteminin Rusiyaya qarşı gizli bir nüvə hücumu keçirməyə imkan yaratdığı haqda ötən gün danışıb. O həmçinin bildirib ki, ABŞ hava hücumundan müdafiə sistemləri Rusiyanın kosmik fəaliyyəti üçün təhdiddir.

“Aprel ortasında Rusiyaya səfərimdə Moskva və Vaşinqton arasındakı heç bir məsələ həll edilmədi”. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson NPR radiostansiyasına müsahibəsində deyib.

“Biz o görüşdə heç nəyi həll etmədik. Rusiya müəyyən etməlidir ki, qlobal dünya nizamının pozitiv hissəsi olmaq istəyirmi?” – ABŞ xarici siyasət idarəsinin başçısı bildirib.

Xatırladaq ki, Tillerson 11-12 aprel tarixlərində Moskvada səfərdə olub. O, rus həmkarı Sergey Lavrov və prezident Vladimir Putinlə görüşüb.

Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Yaxın Şərq regionunun Qərbin geosiyasi oyununun girovuna çevrildiyini deyib.

“Qərbin Əfqanıstan, İraq, Liviya və İranla bağlı mühakiməsiz cəhdləri xaos və zorakılıq dalğasından başqa heç nə gətirmədi”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm