Mosulda terror: 14 polis əməkdaşı həlak oldu
Bizi izləyin

Dünya

Mosulda terror: 14 polis əməkdaşı həlak oldu

İŞİD terror qruplaşmasının silahlıları İraqda polis məntəqəsinə hücum edib.

İŞİD terror qruplaşmasının silahlıları İraqda polis məntəqəsinə hücum edib.

Publika.az xəbər verir ki, hadisə Mosulun qərbindəki Bab et-Tub yaşayış məntəqəsi ərazisində baş verib.

Belə ki, İŞİD üzvü olan 6 kamikadzenin törətdiyi terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb.

İraq ordusunun zabiti Haris Kazım bildirib ki, terrorçular polisin iki binasını da ələ keçiriblər. Sonradan keçirilən hava əməliyyatı ilə binalar terrorçulardan geri alınıb. Döyüş zamanı həmçinin İŞİD-in 17 silahlısı məhv edilib. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm