Dünya
Roma Papası ABŞ prezidenti ilə görüşə hazırdır
Roma Papası Fransisk ABŞ prezidenti Donald Trampla görüşə hazırdır.
Publika.az xəbər verir ki, xəbər verir ki, bu barədə Papa özü Qahirədən Romaya qayıdanda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Dövlət katibliyi (Vatikan hökuməti) hələlik məni qarşı tərəfdən müvafiq sorğu barədə məlumatlandırmayıb. Amma mən bununla bağlı xahiş edən istənilən dövlət başçısını qəbul edirəm" – deyə Fransisk bildirib.
İtaliya mətbuatı çoxdandır Trampın G7 sammitində iştirak etmək üçün mayın 26-27-də Siciliyaya gəldikdə Roma Papasının ABŞ prezidenti ilə ilk görüşünün keçiriləcəyi barədə ehtimallar səsləndirir.
Xatırladaq ki, Tramp hələ prezidentliyə namizəd olanda Fransisk onun ünvanına xüsusən miqrasiya problemi ilə bağlı tənqidlər səsləndirmişdi. "Kim ki divarlar tikir, özünü xristian saya bilməz" - deyə Papa Trampın prezident olduqdan sonra Meksika ilə sərhəddə divar inşa etdirəcəyi barədə vədindən sonra demişdi. Sonralar Fransisk ABŞ-ın yeni administrasiyasının siyasətini şərh etmədi.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!