Rusiya 1 saat içində alt-üst ediləcək – Kosmosdan QLOBAL ZƏRBƏ
Bizi izləyin

Dünya

Rusiya 1 saat içində alt-üst ediləcək – Kosmosdan QLOBAL ZƏRBƏ

ABŞ-ın Müdafiə Nazirliyi Rusiya ilə müharibəyə hazırlaşır.

ABŞ-ın Müdafiə Nazirliyi Rusiya ilə müharibəyə hazırlaşır.

Publika.az x
əbər verir ki, Pentaqon Rusiya ilə müharibə planını “İldırımsürətli qlobal zərbə” adlandırıb.

Bu plan istənilən ölkəni 1 saat ərzində tutmağa imkan verən strategiyaya əsaslanır.

İldırımsürətli qlobal zərbənin vurulmasında qitələrarası ballistik raketlərindən istifadə olunmayacaq. Əksinə, bu dəfə tamamilə yeni texnologiyalardan istifadə ediləcək. Hətta yeni texnologiyaların tətbiqi zamanı planetdəki canlılara zərbə vurulmayacaq.

Planlaşdırılan hücumda istifadə olunacaq silahlar:

- Qeyri-nüvə təchizatına malik olan BRPL ballistik raketlər.
- “Boeing X-51” sisteminin qanadlı raketləri və s.

ABŞ-ın Hərbi-Dəniz Qüvvələri silahı yerüstü və dəniz platformalarından buraxa bilər. Bununla yanaşı, Amerikanın orbital və yerətrafı stansiyalarında xüsusi kosmik platformaları mövcuddur. Kosmosdan raket zərbələri “Tor” layihəsi üzrə endirilə bilər. Bu, Yer kürəsinin orbitindən yerüstü hədəfləri atəşə tutmaqdır. Bu hücum cəmi 1 saat çəkəcək və qələbə əldə olunacaq.

Bu texnologiya hələ 2010-cu ildə hazırlanıb və Pentaqon istənilən vaxt düyməyə basa bilər.

Rusiyanın cavabı

Rusiya da bu təhlükələrə qarşı öz silah arsenalını gücləndirir, xüsusilə nüvə silahına güc verir. Moskva ABŞ-a cavabı bu cür verəcək:

- Strateji aviasiya zərbələri.
- Yerüstü raketlər.
- Sualtı gəmilərlə zərbə.

Rusiyanın sualtı gəmiləri ABŞ sahillərinin yaxınlığında gecə-gündüz keşiş çəkirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm